Ermənistan polisi etirazçıları hədələdi

Ermənistan polisi etirazçıları hədələdi
  02 İyul 2015    Oxunub:2090
Ermənistan polisi Yerevanın mərkəzində, Baqramyan prospektini tutan etirazçıları ərazini tərk etməyə çağırıb.
“Ermənistan polisi bəyan edir ki, Baqramyan prospektinin uzunmüddətli və tam şəkildə bağlanması digər şəxslərin konstitusion hüquqlarını və cəmiyyətin maraqlarının kobud şəkikldə pozulmasıdır”, – deyə nazirliyin yaydığı bəyanatda bildirilir.

Əgər etirazçılar ərazini tərk etməsə, polis Ermənistan Respublikası qanunvericiliyi tərəfindən göstərilən səlahiyyətlərdən tam şəkildə istifadə edəcək”.

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirlər.

Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti