Bakıda Beynəlxalq Sığorta Forumu keçirilir

Bakıda Beynəlxalq Sığorta Forumu keçirilir
  02 İyul 2015    Oxunub:2147
Bu gün Bakıda Azərbaycan Beynəlxalq Sığorta Forumu öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, iki gün davam edəcək tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

Qeyd edək ki, forumun rəsmi açılış mərasimində maliyyə naziri Samir Şərifov iştirak edir.

Konfransın 1-ci hissəsi "Cari reallıqlar çərçivəsində sığorta və təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri” mövzusuna həsr olunub.

Onu da əlavə edək ki, forumun ilk günündə həmçinin ikitərəfli görüşlərin və rəsmi qəbulun keçirilməsi nəzərdə tutulub.

Azvision.az


Teqlər:  





Xəbər lenti