Novruz Məmmədov beynəlxalq QHT-ləri sərt tənqid etdi

Novruz Məmmədov beynəlxalq QHT-ləri sərt tənqid etdi
  02 İyul 2015    Oxunub:2825
“Beynəlxalq QHT-lər yalnız sahiblərinin sifarişini yerinə yetirirlər”. AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, Novruz Məmmədov deyib.

O, özünün tvitter səhifəsində beynəlxalq QHT-ləri tənqid atəşinə tutub:

“Bu gün beynəlxalq münasibətlərdə beynəlxalq hüquq anlayışına bəyanatlarda, müəyyən sənədlərdə rast gəlmək olur. Dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq missiyasını yerinə yetirən aktorlardan biri də QHT-lərdir. Ona görə də onları beynəlxalq QHT-lər adlandırırlar. Beynəlxalq QHT-lər isə yalnız sahiblərinin sifarişini yerinə yetirirlər” - deyə Novruz Məmmədov qeyd edib.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti