“Polis dövlətçiliyin əsas sütunlarından birinə çevrilib” - Fuad Ələsgərov

Prezident İlham Əliyev adından Azərbaycan polisini təbrik edən F.Ələsgərov dövlət başçısının xoş arzularını çatdırıb.
F.Ələsgərov qeyd edib ki, ötən illər ərzində polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilib: "2004-2015-ci illərdə Prezident İlham Əliyev tərəfindən 9 sərəncam, habelə 2003-cü ildən etibarən Daxili İşlər Nazirliyinin fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə bağlı yüzlərlə qanunvericilik aktları imzalanıb, yüzlərlə polis əməkdaşı dövlət mükafatlarına layiq görülüb. Bütün bunlar həm də ictimai asayişin keşiyində duran DİN orqanlarının əməkdaşlarına ölkə rəhbərliyinin qayğısının, gərgin və səmərəli fəaliyyətinə verdiyi qiymətin nəticəsidir".
PA rəsmisi bildirib ki, bu gün DİN əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı, təşəbbüskar, geniş dünyagörüşlü, nümunəvi davranışlı, Anda sadiq, dövlətçilik və qanunçuluq prinsipləri əsasında tərbiyə edilmiş gənc kadrların hazırlanması istiqamətində mühüm işlər görülüb.