Elman Mehdiyevlə görüşmək istəyənlərin nəzərinə

Elman Mehdiyevlə görüşmək istəyənlərin nəzərinə
  02 İyul 2015    Oxunub:1864
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev iyulun 8-də saat 11:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılarının müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyənlər DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Şəmkir şəhər şöbəsində (02230) 5-30-33

Gədəbəy rayon şöbəsində (02232) 6-00-93

Tovuz rayon şöbəsində (02231) 5-00-40

Ağstafa rayon şöbəsində (02222) 5-26-12

Qazax rayon şöbəsində (02229) 5-27-96

Vətəndaşların DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.


Teqlər:





Xəbər lenti