`Mitinqə gələnlər hakimiyyətin adamları idi` - Erməni müxalifətçisi

`Mitinqə gələnlər hakimiyyətin adamları idi` - Erməni müxalifətçisi
  02 İyul 2015    Oxunub:2493
Ermənistanın “İrs” partiyasının mətbuat katibi David Sanasaryan Yerevanda keçirilən aksiyaların təşkilində hakimiyyətin də rolunun olduğunu deyir.

Sanasaryan öz facebook profilində aksiyaya toplaşanların sayının niyə azalmasına belə aydınlıq gətirib:

“Artıq neçə gündür ki, hakimiyyətyönlü informasıya vasitələri və təbliğatçıları gecə-gündüz yazırlar ki, artıq hərəkat sönüb. Günü-gündən vətəndaşların axını azalıb. Hakimiyyət xoş iradə və dözümlülük nümayiş etdirir.

Əslində isə baş verənlər planlaşdırılmışdı. Hakimiyyət süni olaraq insanları səfərbər edərək, konkret bir gün hərəkatı dayandırmağa cəhd etdilər. Öz adamlarını geri çağirdılar və bu da təbii idi ki, insanların sayı az görünsün.

Hazırda isə oradakı insanlar süzgəcdən keçirilmiş və saflaşdırılmış insanlardır. Hamısı da bizim insanlardır”.

AzVision.az


Teqlər:





Xəbər lenti