QHT-lərdən hesabat istənildi

QHT-lərdən hesabat istənildi
  19 Fevral 2013    Oxunub:2514
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərdən maliyyə hesabatlarını istəyir.
AzVision.az Şuranın portalı olan qhtxeber.az-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası illik maliyyə fəaliyyətinin yekunları barədə müəyyən edilmiş formalarda maliyyə hesabatları hazırlayıb təqdim edilməsini QHT-lərə xatırladıb.

Şuranın QHT-lərə müraciətində deyilir: “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq qeyri-hökumət təşkilatları hər il maliyyə fəaliyyətinin yekunları barədə müəyyən edilmiş formalarda maliyyə hesabatları hazırlayıb təqdim etməlidirlər.
Hesabat formaları və onların təqdim edilmə müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda müəyyən edilib. Qərara əsasən hesabat formaları Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edilməlidir.

Hesabatda maliyyə vəziyyəti, maliyyə fəaliyyətinin nəticələri, xalis aktivlərdə (kapitalda) dəyişikliklər, pul vəsaitlərinin hərəkəti, əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər əks olunmalıdır.

Adı çəkilən Qaydanın 5.1-ci bəndinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməlidir.




Teqlər:





Xəbər lenti