Əlaçı şagirdlərə şad xəbər

Əlaçı şagirdlərə şad xəbər
  05 İyun 2013    Oxunub:2406
Azərbaycanda orta məktəblərin bu ilki tədris ili üzrə əlaçı şagirdlərinə pul mükafatı veriləcək.
AzVision.az xəbər verir ki, bu layihə Qafqaz İnkişaf Bankı ASC tərəfindən həyata keçirilir.
Belə ki, şagirdlərin təhsilə marağının artırılması ilə bağlı "Əlaçı ol, mükafat al!" kampaniyası keçirilir.
"Əlaçı ol, mükafat al!" kampaniyasının keçirilməsində məqsəd ölkənin təhsil sistemində savadlı, bacarıqlı və istedadlı şagirdlərin üzə çıxarılması və onların təhsilə olan maraqlarının daha da artırılmasına stimul yaratmaqdır.

"Əlaçı ol, mükafat al!" kampaniyasında Bakı şəhəri və regionlarda fəaliyyət göstərən orta məktəblərdə təhsil alan 2012-2013-cü dərs ilinin (I yarımil, II yarımil, illik, yekun) əlaçı şagirdləri iştirak edə bilərlər.

Kampaniyanın mükafat fondu 100 000 manatdır. Orta məktəblərin I-V sinif şagirdləri 100, VI-X sinif şagirdləri 200, XI sinif şagirdləri 300 manat məbləğində mükafat alacaqlar.

Pul mükafatı almaq istəyən şagirdlərin "Məktəbli kitabçası"nda yekun nəticələri əla qiymətlər olmaqla yanaşı, gündəlik qiymətlərində "2", "3" qiymətləri və 10 dənədən artıq "4" qiyməti olmamalıdır.

"Məktəbli kitabçası"nın qiymət göstəriciləri səhifəsində sinif rəhbərinin və direktorun imzası, həmçinin məktəbin möhürü tələb olunur.

Kampaniyada iştirak etmək istəyənlər iyunun 28-dək qeydiyyatdan keçməlidirlər.


Teqlər:  





Xəbər lenti