`İŞİD-in hədəfi Azərbaycandır` - Səfirdən şok açıqlama

`İŞİD-in hədəfi Azərbaycandır` - Səfirdən şok açıqlama
  03 İyul 2015    Oxunub:4914
`İŞİD-in bu gün Qafqazda bir hədəfi də şiə ölkəsi olan Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər`
AzVision.az xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin APA-ya müsahibəsində belə deyib. Ancaq səfir onların Azərbaycanda uğur əldə edəcəklərinə inanmır: `Bunun səbəblərindən biri o qədər güclərinin olmamasıdır. İkinci səbəb budur ki, Azərbaycan dövləti milli təhlükəsizlik məsələsi ilə çox ciddi məşğul olur, radikalizm meyllərinin ölkədə artmasının qarşısını alır`.

Səfir onu da deyib ki, «İslam dövləti» yaraqlı qrupu təbliğatda öz gücünü 5 qat şişirtməyə çalışsa da, zəifdir: `İŞİD-ə çoxlu yardım göstərilməsinə baxmayaraq, İraqda bu terror təşkilatı o qədər də güclü deyil və demək olar ki, zəifləyib. Suriyada da öz hədəflərinə çata bilməyib. Yəməndə bunlar «əl-Qaidə» adı ilə fəaliyyət göstərirlər və burda da bir uğur əldə edə bilməyərək məğlubiyyətə düçar olublar`.


Teqlər:



Xəbər lenti