V qurultayda İlham Əliyevin namizədliyi rəsmən elan olunacaq

 V qurultayda İlham Əliyevin namizədliyi rəsmən elan olunacaq
  05 İyun 2013    Oxunub:1073
Yeni Azərbaycan Partiyası (YAP) qurultayına hazırlıq işləri yüksək səviyyədə başa çatıb. Belə ki, YAP-ın rayon və şəhər təşkilatlarının hamısında konfranslar keçirilib, qurultaya nümayəndələr seçilib. Qurultaya hazırlıq çərçivəsində yerli strukturlar qarşıdan gələn seçkilərə hazırlıq istiqamətində də müəyyən işlər görüblər.

AzVision.az xəbər verir ki, bu barədə YAP-ın İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın saytına müsahibəsində bildirib.

Mübariz Qurbanlının sözlərinə görə, V qurultayda Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyev partiyamızın növbəti prezident seçkilərində namizədi kimi rəsmən elan ediləcək.

İlham Əliyevin bu seçkilərdə namizədliyinin irəli sürüləcəyi barədə partiya rəhbərliyinin fikirləri xeyli müddət əvvəl ictimaiyyətə çatdırılıb.

“Hamıya bəllidir ki, Prezident İlham Əliyevin namizədliyini bir sıra ictimai-siyasi təşkilatlar da müdafiə edirlər. Ancaq rəsmi surətdə bu qərar qurultayda qəbul olunacaq. Partiyanın yerli strukturlarının konfranslarının gedişatında bir daha müşahidə etdik ki, partiyanın bütün üzvləri İlham Əliyevin namizədliyini birmənalı şəkildə müdafiə edirlər. Bütövlükdə Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Prezidentimizin güclü, zəngin, qüdrətli Azərbaycan quruculuğu istiqamətində həyata keçirdiyi siyasət cəmiyətimizdə hamı tərəfindən müdafiə olunur. Hazırki siyasətə qarşı ölkəmizdə narazılar çox cüzi səviyyədədir və onlar seçkinin nəticəsinə zərrə qədər də təsir etmək imkanına malik deyil”.


Teqlər:  





Xəbər lenti