Sarkisyanı qorxuya salan etirazlar başa çatdı

Sarkisyanı qorxuya salan etirazlar başa çatdı
  03 İyul 2015    Oxunub:3216
İrəvanın mərkəzində elektrik enerjisi tariflərinin artırılmasına qarşı keçirilən aksiya başa çatıb.
Bu barədə AzVision.az “İnterfax”-a istinadən xəbər verir.

Məlumatda vurğulanır ki, bəzi etirazçılar bütün gecəni Baqramyan prospektində qalıblar.

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirdilər.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti