İŞİD ordusunda 700 alman döyüşür - `Bild`

İŞİD ordusunda 700 alman döyüşür  - `Bild`
  03 İyul 2015    Oxunub:2595
Azvision.az “Bild” qəzetinə istinadla məlumat verir ki, Almaniyada sürətlə yayılmaqda olan sələfilik böyük təhlükə sayılır. Bu barədə Konstitusiya Hüquqlarının Müdafiəsi Mərkəzi həyəcan təbili çalır.

Mərkəzin açıqlamasına görə, radikal islam Almaniya üçün böyük bir təhlükə törədəcək. Suriyaya gedən almanların təkrar ölkəyə dönəcəyi halda cihad hallarının ola biləcəyi güman olunur. Hüquq müdafiə təşkilatının son 2 ilə aid açıqlamasına görə hazırda Almaniyada 42.550 islamçı var. Məlum olduğu kimi, 2013-cü ilin sonuna aid hesabatda göstərilir ki, Almaniyada 30-a yaxın daimi fəaliyyətdə olan islami təşkilatlar var.

Ümumiyyətlə, sələfiliyin Almaniyada artmasına aid 2014-cü il hesabatında sayca sələfəlilər 7000 göstərilir, halbuki, 2013-cü ildə onların sayı 5500-ə yaxın idi. Ən son rəqəmlərdə isə sələfilərin sayının 7500-ə çatdığı bildirilir.

`Bild` qəzeti əlavə edir ki, hazirda çoxlu sayda alman Yaxın Şərqdə cihad adı altına savaşır. Demək olar, bu savaşlarda iştirak edənlər əksəriyyəti Almaniyadan çıxmış sələfilik təriqətinin daşıyıcılarıdır.

Həmçinin qəzet əlavə edir ki, hazırda İŞİD tərkibində 700-ə yaxın alman cihadçı iştirak edib, habelə bəzi mənbələrdə 700 döyüşçüdən 200 nəfərin Almaniyaya təbliğat işləri üçün geri qaytdığı vurğulanır. Hətta, alman sələfilərin əsasən azyaşlı uşaqları özləri tərəfə çəkdiyi də bilinməkdədir.

Fərrux Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti