Avropa Şurasının nümayəndəsi AzVisionun ifşa yazısını dəstəklədi – FOTOFAKT
Həmin yazı sosial şəbəkələrdə ciddi rezonans doğurub. Xüsusilə Twitterdə fəal bloqqerlər yazının əsas tezislərini paylaşıblar.
“aztwit soldiers” adlı bloqqer yazının əsas şəklini paylaşaraq, oradakı bu məqamı xatırladıb ki, Brassör Dinara Yunusa onun valideynlərinin məsələsini AŞPA-nın qətnaməsinə salacağına dair söz verib. Halbuki, bu, demokratik prosedurun pozulmasıdır: axı AŞPA kollegial orqandır və orada qərarlar səsvermə ilə qəbul olunur. Elə isə, AŞPA sədrinin bu arxayınçılığı haradan imiş?
Amma ən maraqlısı odur ki, həmin tviti Avropa Şurasının təmsilçilərindən biri də paylaşıb – yəni, retvit edib! Bu, Avropa Şurasının Gənclər üzrə Məsləhət Şurasında - Avropa Şurasının Beynəlxalq QHT-lər üzrə Konfransının (söhbət bu təşkilatdan gedir) nümayəndəsi xanım Anne Krausdur.
Azərbaycandan olan gənc bloqqerin tvitini paylaşmaqla faktik olaraq xanım Kraus onun mövqeyini, demək, həm də AzVison.az-n yazdığını təsdiqləmiş olub. Başqa sözlə, AŞPA rəhbərliyinin antiazərbaycan siyasətini ifşaetmə kampaniyasına dəstək çıxıb.
Bu yerdə bizə ancaq `no comment` demək qalır!..
AzVision.az