“Azərsu” əməkdaşlarına mükafat verdi

“Azərsu” əməkdaşlarına mükafat verdi
  03 İyul 2015    Oxunub:2271
Azərbaycan prezidentinin 4 iyun 2015-ci il tarixli sərəncamları ilə “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüş “Azərsu” ASC-nin əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.
“Azərsu”dan AzVision.az-a verilən məlumata görə, təltif olunmuş əməkdaşları təbrik edən “Azərsu”nun sədri Qorxmaz Hüseynov əvvəlcə ölkəmizdə keçirilmiş “Bakı-2015” I Avropa Oyunlarına toxunub: “Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə adını dünyanın idman tarixinə qızıl hərflərlə yazıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Oyunlara hazırlıq işləri cəmi iki il yarıma başa çatdırılıb və yarışların davam etdiyi 17 gün unudulmaz anlar kimi uzun müddət yaddaşlarda qalacaq. İdman mütəxəssisləri Avropa Oyunlarının Olimpiya oyunları səviyyəsində keçdiyini söyləyir və Azərbaycan bununla yeni idman standartlarına imza atmış olub. Açılış və bağlanmış mərasimlərinin milli üslubda ən yüksək səviyyədə hazırlanması və təqdimatı isə xüsusi qeyd olunmalıdır. Bu idman bayramını Azərbaycan xalqına yaşatdığına görə möhtərəm prezidentə “Azərsu”nun kollektivi adından dərin minnətdarlığımı bildirirəm. Oyunlara hazırlıq çərçivəsində “Azərsu” tərəfindən də xeyli iş görülmüş, yeni magistral və şəbəkə su xətləri, kanalizasiya kollektorları və nasos stansiyaları tikilmiş, yarışların davam etdiyi günlərdə idman qurğularının, olimpiya kəndinin, otellərin və digər obyektlərin dayanıqlı və keyfiyyətli içməli su təchizatının aparılması üçün mühüm işlər görülmüşdür”.

“Azərsu” sədri bildirib ki, 5 iyun “”Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Prezident sərəncamları ilə Cəmiyyətin 2 əməkdaşının “Əməkdar mühəndis” fəxri adı, 12 əməkdaşının isə “Tərəqqi” medalı ilə təltif olunması kollektivin əməyinə verilən ən böyük qiymətdir: “Kollektivimz möhtərəm prezident İlham Əliyevin etimadını doğrultmaq üçün bundan sonra daha əzmlə çalışacaq və yeni-yeni uğurlara imza atacaq”.

Sonra “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş və “Tərəqqi” medalı ilə təltif olunmuş, həmçinin “Azərsu”nun Fəxri Fərmanı ilə mükafatlandırılmış əməkdaşlar təltif edilib.


Teqlər:





Xəbər lenti