Ziya Məmmədovun qardaşına sui-qəsd cəhdi

Ziya Məmmədovun qardaşına sui-qəsd cəhdi
  04 İyul 2015    Oxunub:3506
İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində baş verən qətl hadisəsi ilə əlaqdar vəziyyəti pisləşən Nəriman Məmmədovun səhhətində irəliləyiş olmadığı üçün onu müalicə üçün Türkiyəyə aparıblar.
Ziya Məmmədovun qardaşı Nəriman Məmmədov villasında baş verən qətl hadisəsindən sonra şok keçirib. Hadisədən sonra onun dili tutulub. Vəziyyəti pisləşən N.Məmmədova ilk tibbi yardım Qusar rayon mərkəzi xəstəxanasında göstərilsə də sonradan onu Bakıya aparıblar. Lakin paytaxt həkimləri nazirin qardaşına köməklik edə bilməyiblər. Şokdan çıxa bilməyən N.Məmmədovu məcbur olub Türkiyəyə aparıblar.

Ramiz Vəliyevi öldürən 1967-ci il təvəllüdlü Eynulla Cahangir oğlu Hacıyev hadisə yerindən qaçsa da Qusar rayon prokurorluğu əmakdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində onu elə həmin gecə həbs ediblər.

Rayon sakinlərinin şimal müxbirinə verdiyi məlumata görə, Nəriman Məmmədovun villasında daha əvvəllər qətli törədən şəxsin qardaşı gözətçi işləyib. Lakin bir il əvvəl gözətçi Şəkixan Hacıyevin evində partlayış baş verdiyi üçün özü və həyat yoldaşı Maral Hacıyeva dünyasını dəyişib. Partlayışda dünyasını dəyişən ailənin oğlu 1992-ci ildə Qarabağda gedən müharibələrdə şəhid olub. Onların ölümündən sonra Eynulla Hacıyev bu işə təyin edilib.

Qusar rayon icra hakimiyyəti başçısının Urva inzibatı ərazi vahidliyinin nümayəndəsi Sülhəddin İsgəndərovun Anspress-ə verdiyi məlumata görə, Eynulla Hacıyev içki düşkünü olub və ailəsi ilə bu səbəbdən tez-tez münaqişə yaşanıb. Onun bacısı isə evin qulluqçusudur. S.Kərimov onu da qeyd edib ki, bu qətlin qisqanclıq zəminində baş verdiyinə inanmır.

Hadisənin isə qısqanclıq zəminində baş verdiyi bildirilir. Əslində Eynulla Hacıyev evin sahibi olan nazirin qardaşını öldürmək istəyib. Lakin səhvən onun qudası Ramiz Hacıyevi öldürüb. Buna səbəb isə evin qulluqçusu ilə yaxınlıq münasibəti olub və qətl də məhz bu səbəbdən namus üstündə törədilib.

Qusar rayon prokurorunun köməkçisi Anar Salehov faktı təsdiqləsə də istintaq davam etdiyi üçün əlavə heç bir məlumat verilmədi. Onun sözlərinə görə, faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi qaldırılıb. Lazımı məlumatlar istintaq başa çatdıqdan sonra veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti