Gürcüstan Rusiyadan pul tələb edir
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, Gürcüstan Ədliyyə nazirliyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bu barədə məktub ünvanlayıb.
Sənəd 3 iyul 2014-ci il tarixli "Gürcüstan Rusiyaya qarşı" adlı Strasburq məhkəməsinin qərarına əsaslanır. Həmin zaman Avropa Məhkəməsi Rusiyanı 2380 gürcü miqrantının ölkədən çıxarılması ilə Avropa Konvensiyasının insan hüquqları üzrə maddələrini pozmasında ittiham etmişdir. Məhkəmə Rusiyanı Gürcüstana ikincinin sərbəst şəkildə təyin edəcəyi təzminatı ödəməyə məhkum etmişdir.
Moskva ittihamları qəbul etməyib və bütün iddiaları qəbuledilməz hesab edib.
Teqlər: