`Seriallara, şou proqramlara baxmayın!`- Deputatdan çağırış

`Seriallara, şou proqramlara baxmayın!`- Deputatdan çağırış
  05 İyul 2015    Oxunub:3128
Millət vəkili Qənirə Paşayeva Tovuzun ən böyük kəndlərindən biri olan Dönük Qırıqlıda uşaqlar, gənclər üçün “Oxuyaraq dünyamızı, tariximizi və özümüzü kəşf edək” adlı tədbir keçirib.
Bir sıra müəllim və kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq kitabla bağlı belə görüşlərə böyük ehtiyac olduğunu, uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkilinə təşəkkürünü bildiriblər.

Tədbirdə Qənirə Paşayeva qarşıdan gələn Ramazan bayramı münasibəti uşaqları təbrik edərək bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir.

Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”.

Millət vəkili gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib və gəncləri bu zərərli vərdişlərdən tamam uzaq durmağa çağırıb və bu barədə geniş söhbət ediblər.

Görüşün sonunda Q. Paşayeva uşaqlarla, gənclər və müəllimlərə müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu kitablar hədiyyə edib.


Teqlər:  





Xəbər lenti