Facebook-da kralı təhqir edən qadın tutuldu

Facebook-da kralı təhqir edən qadın tutuldu
  05 İyun 2013    Oxunub:1070
Malayziya polisi Facebook sosial şəbəkəsində kralı təhqir edən qadını həbs edib.
Bu barədə yerli “Star” qəzeti yazır. 32 yaşlı malayziyalı qadın kralın ünvanına sosial şəbəkədə təhqiredici ifadələrdən istifadə edib.

Malayziyanın xüsusi komissiyası hadisəni araşdırmağa başlayıb. Komissiya qadını rasizmdə və kralı təhqir etməkdə ittiham edib. Qeyd edək ki, qadın vəziyyətin ciddi olduğunu nəzərə alaraq, Kuala-Lumpura qaçmışdı. Lakin o polis tərəfindən saxlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti