Bibər qazından istifadə edən polislər həbs olunacaq

Bibər qazından istifadə edən polislər həbs olunacaq
  05 İyun 2013    Oxunub:1389
“Taksim gəzinti parkında nümayişçilərə qarşı kobud rəftar edən polis işçiləri həbs olunacaq”.
AzVision.az trt-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış CNN İnternational televiziyasına açıqlamasında bildirib.

E. Bağış vurğulayıb ki, biz 75 milyonun hökumətiyik:

“Polisin parkdakı ağacları qorumaq istəyən səmimi şəxslərə qarşı kobudcasına bibər qazından istifadə etməsi ilə birlikdə o şəxsləri dəstəkləyənlər də nümayişçi qrupa daxil olub. Sülhməramlı aksiyanı öz xeyri üçün istifadə etmək istəyənlər də var”-deyə o bildirib.

E. Bağış müxbirin bu etirazlar qarşısında nə demək istərdiniz ?sualına cavab olaraq, insanların problemləri olduğunu və hökumətin də onlara qulaq asacağını söyləyib.


Teqlər:  





Xəbər lenti