Qısaca olaraq nəzərinizə çatdırmaq istərdim ki, bu həmin aktyordu ki, “Mimino” filmində “Dolma”nın erməni xörəyi olması deməklə təbliğat apardı. Bu, həmin aktyrodur ki, “ASALA”nın hesabına pul yatıran əsas simalarından biri hesab olunurdu. Yada salaq ki, hələ sovet dönəmində Ermənistanda “Daşnaksyütün” partiyası üçün bütün vəzifəli və tanınmış ermənilərdən pul yığılırdı. “Rəhmətlik” isə Moskva üzrə xüsusi nümayəndə idi.
Bu təbliğat hazırda davam edir. Məsələn, Rusiyada fəaliyyət göstərən “СTС” və “ТНТ” kanalları erməni təbliğat maşınının öndə gedən aktivləridir. Bütün hallarda Azərbaycana qarşı erməni təbliğatının aparıldığı bir zamanda “Meydan TV” nin bu cür addımı gizli xislətindən xəbər verir.
Paylaşıma sosial şəbəkədə münasibət birmənalı olmayıb. AzVision.az həmin paylaşımın altında adi insanlar tərəfindən yazılan şərhlərin bir qismini təqdim edir.
Nəsimi Məmmədov: “Görəsən, ermənilər də Müslim Maqomayev, Rəşid Behbudov, Qara Qarayev haqqında belə təsirli başsağlığı verirlərmi, yoxsa ancaq sizsinizz belə düşük? Yaxşı aktyor olub bəlkə də, yaxşı insan olub, amma bu paylaşmayla güya öz tolerantlığınızı göstərirsiniz? Siz meydan yox e, əsl "maymaq” tv-siniz. Müxalif olmaq cinayət deyil, haqqını tələb etmək də, iqtidarın siyasətindən narazı olmaq da olar, amma düşmənin əlinə su tökənləri mən anlamıram. Deməli, sizin davanız haqq-ədalət deyil, elə ermənisifət, ölkədə qarışıqlıq yaradanlarsız”.

Və ya, digər istifadəçi Nicat Qafuroglu: “Ey erməni balaları, o yaşasaydı, indi erməni lobbisinə dəstək idi, bütün məşhur ermənilər kimi Ermənistan ordusuna pul göndərirdi... buna təəssüflənirsiz? TV işçisi kimi yox, Azərbaycan vətəndaşı kimi tələb edirəm: paylaşımlarınızı öz dilinizdə, erməni dilində edin. .... dilimizdə yazıb, hərflərimizi murdarlamayın!”
“Kim olur-olsun, lap iş sahəsində birinci olsun. Ona belə sevgi bəsləmək, başsağlığı vermək düzgün deyil. Bu, xalqa hörmətsizlikdir. Bu qədər tökülən qanı tapdalamqdır” - bu fikri isə Elçin Manafov yazıb.
Pərviz Osmanov: “Elə yazmısınız ki, sanki fəxr edirsiz bu dığayla. A bala, bizim düşmənimizdir ey, bunlar. Deyəsən, bunu yazanda nəşəli olubsunuz? Tüpürüm sizin mənliyinizə”.
“Mən “Meydan TV”-nin fəaliyyətini tam dərk edə bilmirdim, amma indi mənə çatdı”,- deyən Rauf Şirinov isə fikrini belə davam etdirib: “Sizin ermənilərlə mütləq şəkildə bağlantınız var. Ermənilərin içində müharibəyə aid olmayan insanlar çoxdu. Amma indiki halda gənclərin ermənilərə qarşı nifrətini azaltmaq lazım deyil”.
Şəhrlər yüzlərlədir. Münasibət bildirən şəxslər də hansısa bir siyasi partiyanı və ya təşkialtı təmsil etmir. Çoxları “TV”-nin sosial şəbəkədə olan daimi izləyiciləridir.

Bu paylaşıma münasibət bildirən millət vəkili Fəzail Ağamalı “Meydan TV”-nin anti-Azərbaycan qüvvələrinin bir layihəsi olduğunu deyib: “Onların anti-Azərbayvacan mövqelərinə son vermək və məhkəməyə müraciət etmək lazımdır. Məhkəmə vasitəsilə onların fəaliyyətinə son qoyulmalıdır. Bunun başqa bir yolu yoxdur. AntiAzərbaycan qüvvələrinin içərisində ermənilər çox ciddi yer tuturlar, buna görə də onlar susdurulmalıdır”.
Erməninin özünü tanıyan vətəndaşına “Türk sənin düşmənindir” deməsinin fonunda bu paylaşım hansı məntiqə sığır? Və ya Emin Milli Almaniyanın “Deutsche Welle” saytına müsahibə verəndə heç olmasa Xocalıdan danışaydı, orada öldürülən vətəndaşların pozulan hüquqlarından söz açaydı. Niyə etmədiyi bəllidir: Axı onlara pulu buna görə vermirlər.
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


