Nazir gənc xilasediciləri mükafatlandırdı - Fotolar

  06 İyul 2015    Oxunub : 2175
 Nazir gənc xilasediciləri mükafatlandırdı - Fotolar
Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkil etdiyi III Beynəlxalq yarışa və IV Ümumrespublika birinciliyinə yekun vurulub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, bu gün Qəbələ şəhərində FHN-in təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə FHN-in yaradılmasının 10 illiyinə həsr edilmiş "Gənc xilasedici" III Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" IV Ümumrespublika birinciliyinə yekun vurulub. Yekun tədbirlərində Azərbaycan ın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.

Əvvəlcə gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilib.

Sonra nazirlər K.Heydərov və M.Cabbarovun rəhbərliyi ilə Qəbələ Mədəniyyət Sarayında “dəyirmi masa” keçirilib. Onlar bildiriblər ki, belə yarışların keçirilməsi gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacaq. Nazirlər “dəyirmi masa” iştirakçılarının suallarını da cabablandırıblar. Yarış iştirakçısı olan gənc əcnəbi xilasedicilər bu cür yüksək səviyyəli tədbirin keçirildiyi üçün Azərbaycan FHN-ə minnətdarlıq ediblər.

Sonra yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib, bədii hissə təqdim olunub.

Sonda nazirlər K.Heydərov, M.Cabbarov, gənclər və idman nazirinin müavini İ.İsmayılov qalib komandalara mükafatları təqdim ediblər. Onlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, beynəlxalq yarışda birinci yeri Rusiya Federasiyası, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Belarus komandaları tutublar. Ümumrespublika birinciliyində isə birinci yerə Siyəzən rayonunun, ikinci yerə Bakı şəhər, Nizami rayonu, 220 nömrəli məktəbin, üçüncü yerə İsmayıllı rayonunun komandaları çıxıb.

Foto


Teqlər: