Rektor kürdəmirliləri pulsuz müayinə etdirib

  05 İyun 2013    Oxunub : 520
Rektor kürdəmirliləri pulsuz müayinə etdirib
Kürdəmir sakinləri pulsuz müayinə olunub
Bu barədə AzVision.az-a Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Kürdəmirdə iki kəndin əhalisi pulsuz müayinə olunub. Bu xeyriyyə aksiyası deputat, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə həyata keçirilib.

İki günlük aksiya zamanı Kürdəmirin Molla və Muradxanlı kəndində ATU-nun müxtəlif ixtisaslı həkim qrupu onlarla kənd sakinini müayinə ediblər. Aksiyaya qatılan rayon sakinləri müayinə ilə yanaşı, zəruri həkim məsləhəti də alıblar. Hətta ətraf kəndin sakinləri də Molla və Muradxanlıya gələrək həkimlərə müraciət edib. Müayinələrdən sonra səhhətində problem aşkarlanan bəzi sakinlər müalicə olunmaq üçün Bakıya göndəriliblər.

Qeyd edək ki, ötən ay Milli Məclisin 65 saylı seçki dairəsindən seçilmiş deputat Əhliman Əmiraslanovun təşəbbüsü ilə SaatlıSabirabad rayonlarında da oxşar xeyriyyə aksiyası keçirilmişdi.

Teqlər: