Bağlanan qrupların yeniləri açılır

Bağlanan qrupların yeniləri açılır
  05 İyun 2013    Oxunub:1136
Artıq “Prezidentə dəstək” qrupunun 800 nəfərə yaxın üzvü var
AzVision.az xəbər verir ki, bu gün “Facebook”da Azərbaycanın siyasi yükə malik, üzvlərinin sayı 200-300 mindən çox olan və ciddi müzakirələrin aparıldığı bir neçə qrupu yoxa çıxıb. Həmin qruplar “Prezidentə dəstək – 2013, “Azərbaycana baxış” “Azərbaycan 2013: Qələbə!”, “Xilas” və “İstefa” qruplarıdır.

Qapadılan qruplar bərpa olunmadığına görə, artıq eyni adla yeni qruplar yaradılmağa başlanılıb.

Onlardan biri də “Prezidentə dəstək” qrupudur ki, artıq qrupun 800-ə yaxın üzvü var. Və qrupda artıq xeyli sayda paylaşımlar da yer alıb. Qrupun admininin sözlərinə görə, qrup yenidən yaradılsa da, həmin qrupun üzvləri fərqli-fərqli insanlardır.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən bağlanan qruplar ancaq iri qruplardır, kiçik qruplar fəaliyyətini davam etdirir.

Mirvari






Teqlər:  





Xəbər lenti