Zakir Sadatlının əsəri MKM-ın qalibi oldu

Zakir Sadatlının əsəri MKM-ın qalibi oldu
  05 İyun 2013    Oxunub:1386
Milli Kitab Mükafatının (MKM) qalibləri açıqlanıb
AzVision.az xəbər verir ki, MKM-ın mərhum yazıçı Zakir Sadatlının “Əfqanıstan uçurumu” əsəri olub. Mükafatı yazıçının qızı götürüb.

Müsabiqənin ikinci yerini Pərvin Nurəliyeva “Balerina”, üçüncü yeri isə Malik Dursunov “Kara dayı” əsəri ilə tutub.

MKM-də internet səsvermənin qalibi mərhum yazıçı Zakir Sadatlı, ən yaxşı uşaq nağılının Əfsanə Laçın, ən yaxşı şeirin Qəşəm Nəcəfzadə, ən yaxşı gənc yazıçı mükafatlarının qalibi Şəhriyar Del Gerani elan olunub.

28 avqust 2012-ci ildən başlayan müsabiqəyə 241 əsər təqdim olunub. Onlardan 175-i nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti