`Eynulla Fətullayev tələbəm olub`- Rasim Musabəyov
“Eynulla Fətullayev vaxtilə mənim tələbəm olub. O indi nə böyük-kiçik, nə müəllim-şagird tanıyan bir insandır. Haqqımda çox iyrənc yazı yazıb. Onun mənim barəmdə belə kampaniya aparmasının səbəbini bilmirəm. Buna özü cavab verə bilər”.
Deputat sosial şəbəkədə Eynulla Fətullayevi ölümlə hədələməsi haqda qarşı tərəfin iddiasında da münasibət bildirib. “Məsələnin necə qutarmasından asılı olmayaraq, bu məxluqa heyfim gəlmir. Həyatdan kimin nə vaxt köçəcəyi isə Allahın işidir. Mənim yaşım ondan çoxdur. Bəlkə əzraili onun başının üstündə görmədim. Ona görə də indidən öz münasibətimi bildirirəm”.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


