Dövlət 16 Milli Qəhrəmana ayda 1000 manat pul verir

Dövlət 16 Milli Qəhrəmana ayda 1000 manat pul verir
  08 İyul 2015    Oxunub:2590
Cari ilin 01 iyul tarixinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 177 nəfər Azərbaycanın Milli Qəhrəmanı və ya onların ailə üzvləri Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi AzVision.az-a
verilən məlumata görə, Milli Qəhrəmanlarımızdan 16 nəfərinin şəxsən özünə, digərlərinin isə həlak olduqları üçün ailə üzvlərinə Prezident təqaüdü ödənilir. Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərə və onların ailə üzvlərinə Azərbaycan Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanına əsasən, həmin ilin avqustun 1-dən Prezident təqaüdünün təyin olunmasına başlanılıb.

Nazirlikdən onu da bildiriblər ki, dövlət başçısının 28 avqust 2013-cü il tarixli 954 nömrəli Fərmanı ilə Milli Qəhrəmanların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ödənilən Prezident təqaüdünün aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 66,7 faiz artırılaraq 1000 manat müəyyən edilib.


AzVision.az


Teqlər:  





Xəbər lenti