İrəvan, yoxsa Yerevan – Hansı yazılış düzgündür?

İrəvan, yoxsa Yerevan – Hansı yazılış düzgündür?
  08 İyul 2015    Oxunub:13367
Azərbaycan mətbuatında Ermənistanla bağlı gedən yazırlarda paytaxt gah İrəvan, gah da Yerevan kimi təqdim edilir.

Əslində bu şəhərin adının düzgün yazılış forması necə olmalıdır?

AzVision.az bu suala aydınlıq gətirmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İmadəddin Nəsimi adına Dilçilik İnstitutundan münasibət öyrənib.

İnstitutun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli AzVision.az-a bildirib ki, Ermənistan paytaxtının düzgün yazılış qaydası İrəvandır.

“Bu, bizim tariximizdən gələn addır. İrəvan xanlığının adını daşıyır. Hansı ki, vaxtı ilə bu şəhəri azərbaycanlılardan alıb ermənilərə verilib. Sonrdan ermənilər şəhərin adını Yeravan adlandırıblar. Diqqətə çatdırmaq istəyirəm ki, əsl yazılış qaydası isə İrəvandır, Yerevan deyil”,-deyə B. Məhərrəmli bildirib.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti