Türmədə namaz qılmaq, oruc tutmaq olar - Açıqlama
O, cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar üçün Ramazan ayında yaradılan şəraitdən söz açaraq bildirib ki, bəzi məhkumlar oruc tuturlar: “Bəzi cəzaçəkmə müəssisələrində isə balaca məscidlər var. Söhbət 13 saylı cəzaçəkmə müəsssisəsindən gedir. 1 saylı cəzaçəkmə müəssisəsində isə xiristianlar üçün ibadət otağı da mövcuddur. Cəzaçəkmə müəssisələrində namaz qılmaq, Allaha ibadət etmək, oruc tutmaq üçün heç bir məhdudiyyət qoyulmur.
Daxili İşlər Nazirliyinin tabeliyində olan rayon polis idarələrinin müvəqqəti saxlama yerlərində də namaz qılmaq üçün xüsusi otaqlar yaradılıb. Məhkumların bəziləri namaz qılıb, oruc tuturlar”.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


