Dövlət televiziyalarında yoxlama aparılacaq

Dövlət televiziyalarında yoxlama aparılacaq
  08 İyul 2015    Oxunub:2812
“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu sentyabr ayından etibarən büdcədən maliyyələşən televiziyaların monitorinqini aparacaq”.
Bu barədə AzVision.az-a Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, monitorinq qrupunun rəhbəri Nəzakət Qaziyeva bildirib.

Onun sözlərinə görə, hazırda küçə reklamlarının monitorinqi aparılır: “Hazırda Bakının Səbail rayonunda monitorinq aparılır. Nəsimi və Nərimanov rayonlarında isə monitorinqlər yekunlaşıb. İstər iaşə obyeklərinin adları, istərsə də reklam lövhələrində xarici dildən istifadə həddindən artıq çoxdur. Ədəbi dil normalarının pozulması hallarına yol verilir”.

N.Qazıyeva onu da bildirib ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu ilə Bakı şəhəri Reklam və İnformasiya İdarəsi arasında müqavilə bağlanılıb.

Monitorinq bitəndən sonra nəticələr idarəyə göndəriləcək və buna uyğun tədbir görüləcək

Gültəkin Ələsgər


Teqlər:



Xəbər lenti