Çunayevə leytenant rütbəsi verildi - Video

Çunayevə leytenant rütbəsi verildi - Video
  08 İyul 2015    Oxunub:7930
Müğənni Elnarə Xəlilova Bakıda keçirilən Birinci Avropa Oyunlarında iştirak edən idmançılarımıza mahnı həsr edib.
“Olimpiya himni”nin musiqisi Alxanlıya, sözləri İsmayıl Dadaşova, aranjemanı isə Əvəz Muradova məxsusdur.

Mahnının video versiyası sosial şəbəkə istifadəçilərinin ixtiyarına verilib. Video çarxda Birinci Avropa Oyunlarının bütün yaddaqalan məqamları, o cümlədən qızıl medal qazanmış güləşçimiz Rəsul Çunayevin Ali Baş Komandan İlham Əliyevə əsgəri salamı yer alıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri olan R. Çunayev ötən gün DSX-nın rəisi general-polkovnik Elçin Quliyev tərəfindən leytenant rütbəsi ilə təltif edilib.




Teqlər:  





Xəbər lenti