Ehtiyatlı olun- 418 nəfər zəhərlənib

Ehtiyatlı olun- 418 nəfər zəhərlənib
  08 İyul 2015    Oxunub:2649
2015-ci ilin 6 ayı ərzində Respublika ərazisində 331 qida zəhərlənməsi hadisələri qeydə alınıb
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, keçən ilin müvafiq dövrü ərzində baş vermiş 521 hadisəyə nisbətən 36,5 % azalma müşahidə edilib.

Qida zəhərlənmələri hadisələrində 2015-ci ilin 6 ayı ərzində 418 nəfər,keçən ilin müvafiq dövründə isə 577 nəfər zərəçəkən qeydə alınmış və 27,7% azalma müşahidə olunub.

2015-ci ilin keçən 6 ayı ərzində ölkə üzrə 14 nəfər (2014-cü ilin müvafiq dövründə 17 nəfər) botulizm ilə xəstələnib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar olmuş, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti