Təki dağılan profiliniz olsun...

Təki dağılan profiliniz olsun...
  09 İyul 2015    Oxunub:4826
Mehman Muradlı

Profil fransız sözüdür. Mənası `başın yarısı` deməkdi. Loru dillə desək, parabeyin. Bu termindən son zamanlar daha çox istifadə edirlər və edirik. Son bir-iki ayda isə “profilimi dağıtdılar” və “profilini dağıdıblar” ifadəsi daha populyardır. Söhbət sosial şəbəkədə `profil` adlanan virtual şəxsiyyət vəsiqəsindən gedir.


Sosial şəbəkə olduğu üçün burada saxta profillərdən istifadə edənlər var. Bu sahədə əsas yük sədri Əli Kərimli olan AXCP adlanan siyasi qurumun üzvlərinin üzərinə düşür.

Əli Kərimli saxta profillər yaratmaq üzrə bəlkə də Ginnesin rekordlar kitabına adını sala biləcək adamdır. O, bu işin ustasıdır. Virtual aləmdə saxta səs yığmaq bu adamın məşğuliyyətidir. Bir sözlə, asdır.

AXCP-çilərin saxta profillər işlətməsi yeni hadisə deyil. Bu yaxınlarda partiyada istefa vermiş birinin partiya rəhbərliyi ilə facebookda şəxsi yazışması sosial şəbəkəni bəzədi. O yazışmada sosial şəbəkədə saxta profillərnən Milli Şuranın keçirdiyi mitinqə çağırışından söhbət gedirdi. Bunu isə heç bir tərəf təkzib etmədi. Təkzib etmək də mümkün deyil. Çünki sosial şəbəkədə mitinqə qoşulmaq istəyənlərlə mitinqdə real iştirak edənlər arasında həmişə düz mütanasiblik yaranıb.

Son günlərdə Əli Kərimlinin partiyasından bir neçə nəfər istefa verib. İstefalarını facebookda profillərində yazıblar. Həmin üzvlər bu cür statuslar yazan kimi 5-10 dəqiqədən ərzində profillər deaktiv olur və saxta profilllər işə düşərək `istefa vermiş üzvlərin profili dağıdılıb` kimi statuslar paylaşılır.

Burada bir nəfərin 20-30 profil işlətməsini nəzərə alsaq, tikiş sapının (latınca profil - tikiş sapı deməkdir) istefa vermiş adamdan başqa digərilərinin də torbasının tikilməsinə hesablanıb. Bu tikiş sapları digər tikiş saplarının torbasını tikməkdə isə bəzən çətinlik çəkirlər. Çünki digəriləri də tikiş sapıdır. Bu tikiş sapları illərdi bir-birinə tikiş gəlirlər.

Məntiqi olaraq sual yaranır: niyə bu AXCP üzvlərinin profili məhz istefa verdikdən sonra dağıdılır?

Suala net bir cavab var: həmin üzvlərin sosial şəbəkədəki profillərinin parolu Əli Kərimlidədi. Belə olmasaydı qeyd etdiyim kimi status paylaşılan kimi dərhal profil dağıdılmazdı.

Buradan o nəticəyə gəlmək olur ki, üzvlərinin parolunu özündə saxlamaqla ən böyük tikiş sapı elə Əli Kərimlinin özüdü və xırda tikiş saplarının profilini dağıtmaqla onlar üzərində nəzarətini saxlamaq istəyidi.

Sadəcə Əli Kərimli yaddından çıxardır ki, illərdi eyni tikiş sapından istifadə həmin sapın aşılanmasına gətirib çıxardıb.

P.S. Təki dağılan profiliniz olsun, çalışın başqa şeyiniz dağılmasın.


Teqlər:





Xəbər lenti