“ASAN Xidmət” 31 mindən çox müraciəti həll edib

“ASAN Xidmət” 31 mindən çox müraciəti həll edib
  09 İyul 2015    Oxunub:1964
2015-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Şirkəti ilə bağlı (SOCAR) Bakı şəhərindəki 1, 2, 3 və 4 saylı ASAN xidmət mərkəzlərinə 31 957 müraciət daxil olub.
Bu barədə AzVision.az-a SOCAR-dan məlumat verilib.

Müraciətlər, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi,müraciətlərdən asılı olaraq “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında abonentlərə xidmətlərin göstərilməsi ilə əlaqədar olub.

SOCAR bildirir ki, müraciətlərin hamısı tam icra edilib.

Qeyd edək ki, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti