İlham Əliyev: `Heç bir problem yoxdur`- YENİLƏNİB - FOTOLAR

İlham Əliyev: `Heç bir problem yoxdur`- YENİLƏNİB - FOTOLAR
  09 İyul 2015    Oxunub:3022
Azərbaycan tərəfi İtaliyanın "Snam S.p.A." Qrupunun Trans-Adriatik Təbii Qaz Boru Xəttində (TAP) pay sahibi olmasına etiraz etmir.
Apa.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev "Milan Expo" Beynəlxalq sərgisi çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Niyə də yox? Əgər başqa səhmdarlar öz paylarını satmaq niyyətindədirsə, burada heç bir problem görmürəm", - deyə ölkə başçısı qeyd edib.

Prezident bildirib ki, TAP-ın tikintisi 2020-ci ildə başa çatacaq.

"Snam S.p.A." icraçı direktoru Karlo Malakarne isə "Reuters"ə müsahibəsində bildirib ki, şirkət iyun ayından etibarən TAP-da 20% səhm almaq üçün müvafiq qiymətləndirmə işlərinə başlayıb.

TAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.

***
“İtaliya Azərbaycanın bir nömrəli tərəfdaşıdır. Azərbaycan İtaliya ilə əməkdaşlığını genişləndirir. Bu gün 30-dan çox İtaliya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bizim ölkəmiz İtaliyanın səmimi dostudur”
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Milan Expo Beynəlxalq Sərgisində Azərbaycanın Milli Gününün açılışında deyib.

İlham Əliyev qeyd edib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıqda ərzaq təhlükəsizliyi istiqamətində böyük uğurlar əldə olunub və Azərbaycanda aclıq problemi tamamilə həll olunub.

Dövlət başçısı çıxışında azərbaycanlıların İtaliyaya qarşı isti münasibətini qeyd edib.

“Azərbaycan zəngin tarixə malik ölkədir. Azərbaycan 24 ildir ki, müstəqildir. Azərbaycan pavilyonunda biz, olduqca sürətli iqtisadi artım və Şərq və Qərb arasında olan ölkəmizin müasir reallıqlarını təqdim etmişik”, - İlham Əliyev qeyd edib.

Qalereya




Teqlər:  





Xəbər lenti