`Niyə nağıl danışırsınız?!` - Millət vəkilindən ingilislərə irad

`Niyə nağıl danışırsınız?!` - Millət vəkilindən ingilislərə irad
  09 İyul 2015    Oxunub:2818
`Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirirlər ki, Bako Saakyan ora özü gedib və rəsmi Londonun bu səfərdə heç bir rolu yoxdur. Nə dərəcədə riyakarcasına verilmiş bi açıqlama! Bəs onda Krım, Dnestryanı bölgə, Abxaziya və Güney Osetiyadakı separatçıların liderləri niyə Londona səfər edə bilmirlər?

Bu sözlər millət vəkili, telejurnalist Sahib Alıyevə məxsusdur. O, soruşur ki, necə olur, bəzən Azərbaycanın tanınmış adamlarının belə İngiltərəyə viza məsələsi aylarla uzadıldığı halda, separatçı biri bu problemlə üzləşmir? İstədiyi vaxt Londonda peyda ola bilir və hətta orada parlamentə də buraxılır?

- Əgər separatçılar bu dərəcədə hörmətli zatlardısa, nədən Böyük Britaniya indiyədək Quzey İrlandiyanın bir neçə separatçı liderini aradan götürüb? Özü də bəzən bunu ingiliscəsinə edib. Məsələn, Cerard Devisson, Tommi Krossan kimiləri əvvəlcə dilə tutaraq yollarından çəkindirib, sonra isə aradan götürərək, bunu onların keçmiş silahdaşlarının üstünə yıxıb. Quzey İrlandiya separatçılarının indiki ldieri və yaxud da hazırda həbsxanada saxladılqarı şotland separatçılarının rəhbəri Adam Basbi Bakıya dəvət olunsa, onlarla Prezident Yanında Strateji Araşdırmalar Mərkəzi və parlamentdə görüşlər keçirilsə, sonra da deyilsə ki, `bunda rəsmi Bakının əli yoxdur`, görəsən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq bəy buna inanar? İnanmazsa, onda niyə nağıl danışır?- deyə millət vəkili vurğulayıb.


Teqlər:  





Xəbər lenti