TQDK kəsilənlərin sayını açıqlayacaq
Bu barədə AzVision.az-a qrumun mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O qeyd edib ki, 9 və 11-ci sinif şagirdlərindən neçə nəfərin buraxılış imtahanından kəsilməsi barədə məlumat ictimaiyyətə açıqlanacaq.
Qeydedək ki, iyunun 2-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.
Şahanə RƏHİMLİ