Sumqayıtda ev partladı – 5 yaralı

Sumqayıtda ev partladı – 5 yaralı
  10 İyul 2015    Oxunub:2599
Bu gün səhər saatlarında Sumqayıt şəhərində partlayış baş verib.
Fövqaladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin şöbə müdiri Rafiq Həsənovun AzVision.az-a verdiyi məlumata görə, hadisə 34-cü kvartal, Sülh küçəsi, mənzil 36-da olub.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Şöbə müdiri onu da bildirib ki, ölüm halı baş verməyib. R. Həsənov onu qeyd edib ki, ilkin versiyaya görə, partlayış qaz sızmasından baş verib.

Gültəkin Ələsgər


Teqlər:



Xəbər lenti