Vakant dövlət qulluğuna test imtahanları başlayır

Vakant dövlət qulluğuna test imtahanları başlayır
  06 İyun 2013    Oxunub:1685
İmtahan ilk olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üzrə keçiriləcək
Bu gündən vakant dövlət qulluğuna qəbulla bağlı test imtahanları başlayır. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən verilən xəbərə görə, imtahan ilk olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üzrə keçiriləcək. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 6-7-ci təsnifatı üzrə nəzərdə tutulub. Nəticələr imtahan başa çatdıqdan sonra qısa müddət ərzində namizədlərə təqdim ediləcək.

Qeyd edək ki, 1005 vakant dövlət qulluğu vəzifəsi üzrə 5446 namizəd mübarizə aparacaq.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti