Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən
AzVision.az-a verilən məlumata görə, təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, daşınır. Daha sonra həmin ərazilər yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanır və asfaltlanma işləri həyata keçirilir. Təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və “Azəryolservis”in nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
AzVision.az