"İRƏLİ"-dən Bako Saakyanın London səfərinə etiraz

"İRƏLİ"-dən Bako Saakyanın London səfərinə etiraz
  10 İyul 2015    Oxunub:2256
“İRƏLİ” İctimai Birliyi Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyanın "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən Böyük Britaniyaya dəvət olunması ilə bağlı bəyanat yayıb.
“İRƏLİ” İctimai Birliyindən AzVision.az-a verilən məlumata görə,bəyanatda deyilir:

"Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında ilk əməkdaşlıq əlaqələri XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan hələ çar Rusiyası tərkibində olduğu zamanda yaranıb. Böyük Britaniya Azərbaycanda ən böyük xarici investorlardan biridir. Azərbaycanda 100-dən çox Britaniya firması fəaliyyət göstərir. 1994-cü ildə Azərbaycanın neft sənayesinə, eləcə də respublikada sosial sahələrin əsaslı surətdə inkişafına müsbət təsir göstərmiş "Britiş Petroleum" şirkəti "Əsrin Müqaviləsi"nin həyata keçirilməsində ciddi rola malikdir".

Qeyd olunur ki, Böyük Britaniya və Azərbaycan hökümətləri arasında olan sıx iqtisadi və siyasi münasibətlərin olmasına baxmayaraq "Chatham House" tərəfindən separatçı Dağlıq Qarabağ rejiminin lideri B.Saakyanın Londona dəvət alması iki ölkə arasında olan münasibətlərin sağlamlığına olan inamı ciddi şəkildə sarsıdır. Bu addım Böyük Britaniya hökümətinin illər uzunu Azərbaycanın sabitliyinə, firavanlığına, müstəqilliyinə və ərazi bütövlüyünün tanınmasına görə verdiyi mühüm dəstəyə və sözügedən əməkdaşlığa qarşı ədalətsizlikdir.

B.Saakyanın Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda film çəkilişləri müzakirəsi aparması, Dağlıq Qarabağın daxili və xarici siyasətində söz açması, Chatam House-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri haqqında danışılması Böyük Britaniya hökümətinin Azərbaycana qarşı olan qərəzini ortaya qoyur. Böyük Britaniya höküməti Dağlıq Qarabağ adlı Cumhuriyyətin olmadığını çox yaxşı bilməlidir.

İslam ölkəsi olan Azərbaycana qarşı atılan bu addım, biz gənclərdə niyə məhz Dağlıq Qarabağ sualını yaradır?! Məgər bunların yerində Serbiya, Kosova, Abxaziya və ya Cənubi Osetiya ola bilməzdimi?

Bizlər münaqişə tərəfinin gəncləri olaraq, bütün dünya ölkələrində sülhün bərqərar olunmasının və əmin amanlıq şəraitində yaşayışın təmin olunmasının tərəfdarlarıyıq. Hüquqları tapdalanmış insanların hüquqlarının bərpa olunması eyni zamanda, dünya coğrafiyasında müharibələrə son qoyulması bütün dünya gəncləri kimi biz gənclərin də istəyidir.

AzVision.az


Teqlər:





Xəbər lenti