“Torqovı” dünyanın ən bahalı küçələri sırasında

“Torqovı” dünyanın ən bahalı küçələri sırasında
  10 İyul 2015    Oxunub:9661
İngiltərənin “Daily Mail” nəşri şoppinq üçün dünyanın ən bahalı küçələrinin siyahısını tərtib edib.
Siyahıda Bakıdakı Nizami küçəsi (keçmiş Torqovı) də yer alıb.

“Bakının mərkəzindəki Nizami küçəsində geniş piyada və ticarət meydanı var. Bu küçədə yalnız bahalı pərakəndə ticarət mərkəzləri deyil, həmçinin bir sıra Avropa ölkələrinin səfirlikləri də var. Əgər hətta siz alış-veriş etmək istəmirsinizsə, Barokko stilindəki arxitektura sizi mütləq valeh edəcək”, - nəşr qeyd edib.

Qeyd edək ki, dünyanın ən bahalı küçələrinin siyahısına həmçinin Nyu-Yorkdakı 5-ci avenyu (ABŞ), Monten Avenyu – (Paris), Nyu-Bond küçəsi (London) və digər şəhərlər də daxil olub.(oxu.az)


Teqlər:



Xəbər lenti