`Azadlıq meydanında ikimərtəbəli bina tikiləcək`

`Azadlıq meydanında ikimərtəbəli bina tikiləcək`
  11 İyul 2015    Oxunub:5072
“Formula-1” yarışı paytaxtda keçiriləcək, bunun üçün şərait yaradılmalıdır. Gələn ilin mart-aprel ayında bəzi küçələrdə asfalt örtüyünün dəyişdirilməsi planlaşdırılır. Bütün kanalizasiya qapaqları da bərkidilməlidir”.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, bu yaxınlarda Azadlıq meydanında əsas "pitstop" və ikimərtəbəli bina tikiləcək: “Komandalar, maşınlar gəlməlidir. Bu istiqamətdə də işlər aparılır. Düşünürəm ki, işlərin gedişində hər hansı gecikmə yoxdur”.

A. Rəhimov qeyd edib ki, Formula-1 yarışının keçirilməsi ilə bağlı hazırda bütün texniki məsələlər həyata keçirilir.


Teqlər:



Xəbər lenti