Magistratura üzrə yeni ixtisaslar yaradılıb

Magistratura üzrə yeni ixtisaslar yaradılıb
  06 İyun 2013    Oxunub:1214
Azərbaycanda 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılacaq yeni ixtisaslaşmaların adları açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, artıq Bakı Dövlət Universitetində dinşünaslıq istiqaməti üzrə magistr hazırlığı aparılacaq.Həmçinin, balıqçılıq sənayesi sahəsi üzrə yeni ixtisaslaşmalar da yaradılıb.

Qeyd edək ki, növbəti tədris ilində bunlarla yanaşı, nəqliyyat servisi, uçuş mühəndisliyi, hava nəqliyyatında hərəkətin idarə olunması və aviasiyanın bır sıra digər istiqamətləri üzrə yeni ixtisaslar yaradılıb. Bu ildən həmin ixtisaslar üzrə magistraturaya qəbul aparılacaq.

Xatırladaq ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.


Teqlər:





Xəbər lenti