Bakıda könüllülərin yürüşü başladı - Fotolar

Bakıda könüllülərin yürüşü başladı - Fotolar
  13 İyul 2015    Oxunub:3368
Bakıda yürüş keçirilir.
AzVision.az-ın məlumatına görə, tədbir I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunub.

Yürüş “Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında keçirilir. Axşam saat 8-də Bayraq meydanı yaxınlığından start götürən yürüş Dənizkənarı Milli Parkda “Saat qülləsi”nin yanında yekunlaşacaq.

Yürüşün təşəbbüskarları Gənclər və İdman Nazirliyi və “Bakı 2015”Аvropa Oyunlarının Əməliyyat Komitəsidir (BEGOC).
Parad xüsusi konsert proqramı ilə davam edəcək.

Konsert proqramı saat 21:00-da “Saat qülləsi”nin yanında başlayacaq.

Qalereya




Teqlər:  



Xəbər lenti