Xarici hüquqşünaslar dövlət qurumlarında - FOTOLAR

Xarici hüquqşünaslar dövlət qurumlarında  - FOTOLAR
  13 İyul 2015    Oxunub:8426
Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi ELSA-Azərbaycan təşkilatı tərəfindən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın dəstəyi ilə təşkil edilən beynəlxalq “Yay Hüquq Məktəbi” çəçivəsində Avropanın 16 ölkəsindən olan hüquqşünas tələbələr Azərbaycan Respublikasının Milli Məclisi, Ali Məhkəməsi və 3 saylı Bakı “ASAN xidmət” mərkəzində tanışlıq səfərindən olublar.

“ASAN xidmət”in fəaliyyəti ilə tanışlıq zamanı qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılmasının məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olan “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyində şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından ciddi irəliləyişlərə nail olunub. Qonaqlara bildirilib ki, “ASAN xidmət” BMT ali mükafatı olan “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülmüşdür. Gənc hüquqşünaslar “ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin əhəmiyyətini vurğulayıblar.



Daha sonra gənc hüquqşünaslar Azərbaycan Respublikasının Milli Məclisi ilə tanış olublar. Qonaqlar qanunverici orqanın fəaliyyət prinsipləri barədə məlumatlandırılmış, Milli Məclisin iclas zalı və konfrans otağı ilə tanış olublar. Gənc hüquqşünaslar bu səfərin onlarda çox böyük təəssürat yaratdığını qeyd ediblər.



Səfər çərçivəsində xarici hüquqşünaslar Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə tanış olmuş, Azərbaycanın məhkəmə sistemi ilə bağlı ətraflı məlumat alıblar.



Qeyd edək ki, ELSA beynəlxalq təşkilatı Avropanın 42 ölkəsində fəaliyyət göstərir və 210 universitetdən olan 40 000-dən artıq gənc hüquqşünası özündə birləşdirir.
Azərbaycan ELSA beynəlxalq təşkilatına 2010-cu ildə üzv olub və hazırda ELSA-Azərbaycan təşkilatının ən aktiv üzvlərindən biridir.

Qalereya




Teqlər:  





Xəbər lenti