DSX axtarışda olan 443 nəfəri tutub

DSX axtarışda olan 443 nəfəri tutub
  13 İyul 2015    Oxunub:2570
Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasi­tə­­lərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdi­ril­ib.
DSX-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ötən ay ərzində dövlət sərhədini pozduqları üçün 34 halda 46 nəfər saxla­nıl­ıb. Onların 23 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Əfqanıs­tan, 4 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 2 nəfəri Ukrayna, 2 nəfəri Cənubi Koreya, 2 nəfəri Tacikis­tan, hər ölkədən bir nəfər olmaqla Gürcüstan, Qırğızıstan, Moldova və Qam­­biya vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 15 nəfər, Xəzər dənizində 35 halda 55 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 443 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə təd­bir­ləri nəticəsində 15 halda 10 kiloqram 178,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. İyun ayının 16-da “Şıxlı” sərhəd nəzarət məntəqəsində Gürcüs­tan­dan Azərbaycana gəlmiş Ukrayna vətəndaşı, 1958-ci il təvəl­lüd­lü İmanov Şahin Ənvər oğlunun idarə etdiyi AE 7402 ST dövlət qeydiyyat nömrəli “ZAZ” markalı avtomobilin qaz yanacağı üçün nəzərdə tutulmuş balo­nun içərisində 6,2 kiloqram marixuana aşkar edilərək götürülüb.

Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 10 hektar sahədə yaba­nı halda bitmiş, ümumi çəkisi 9736 kiloqram olan 23 756 ədəd xaş-xaş kolu yığılaraq iyun ayının 9-da Yardımlı rayon polis şöbəsinin və yerli icra nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçi­ril­miş tədbirlər nəticəsində 74 halda ümumi dəyəri təqribən 388 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd 16 mm-lik tüfəng, 13 ədəd 16 mm-lik patron, 29 ədəd 5,45 mm-lik patron, 9 ədəd 9 mm-lik patron, 6 ədəd 16 mm-lik giliz, avtomat silah üçün 1 ədəd daraq, 2 ədəd pnevmatik tapança, 1 ədəd səs tapançası, 77735 ABŞ dolları, 2 milyon 201 min İİR valyutası, 85 ədəd zinət əşyası, 12470 qutu siqaret, 44 ədəd mobil telefon, 2,4 kq qara kürü, 804 kq nərə balığı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti