Azərbaycanda 2 şəhərin baş planı təsdiqləndi

Azərbaycanda 2 şəhərin baş planı təsdiqləndi
  13 İyul 2015    Oxunub:3003
Hacıqabul və Neftçala şəhərlərinin Baş planları təsdiq edilib.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında dərc olunan xəbərdə deyilir.

Məlumata əsasən, Hacıqabul və Neftçala şəhərlərinin Baş planları “Azıx” MMC şirkəti tərəfindən hazılanıb. Planlar şəhərlərin icra hakimiyyətlərinin başçısı tərəfindən təsdiq olunub.

Həmçinin qeyd edilib ki, iyulun 16-da isə Naftalan şəhəri İcra Hakimiyyətinin binasında şəhərin Baş planı ilə əlaqədar ictimai dinləmələr keçiriləcək.

Naftalan şəhərinin Baş planı “Renesans Studio” MMC şirkəti tərəfindən hazırlanır.


Teqlər:  



Xəbər lenti