25 əlil uşaq Türkiyəyə müalicəyə göndərildi
Göndərilən şəxslər həmin mərkəzdə 5 ulduz oteldə yerləşdirilir və Dənizli bölgəsinin müalicəvi təbii potensialından geniş istifadə olunmaqla onlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər. Nazirliyin bir nəfər həkim əməkdaşı da qardaş ölkəyə ezam olunur ki, göndərilən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara orada göstərilən xidmətin təşkilinə nəzarət etsin, eyni zamanda mərkəzin reabilitasiya təcrübəsini öyrənsin.
Nobel Tibb Mərkəzində bərpa-müalicə kursunu başa vuraraq geri dönən insanlar orada aparılan müalicə işlərinin səhhətlərində müsbət dəyişikliklər yaratdığını bildirirlər”.
Cari ildə ümumilikdə 190 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricə bərpa-müalicəsinə göndərilməsinin nəzərdə tutulduğunu qeyd edən S.Abdullayev bunun ötən ilin müvafiq göstəricisindən 20 faiz çox olduğunu diqqətə çatdırıb: “Bu işlərlə yanaşı, Səhiyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi əsasında ƏƏSMN tərəfindən ayrı-ayrı əlilliyi olan şəxslərin respublikadan kənar müalicəyə göndərilməsinə, habelə respublika daxilində müalicə olunmalarına köməkliklər də göstərilir. Eyni zamanda Nazirliyin bərpa-müalicə müəssisələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar dövlət hesabına bərpa-müalicə xidməti ilə təmin olunurlar”.
Sağlamlıq imkanları məhdud uşaqların valideynləri övladlarının tibbi-sosial reabilitasiyası, o cümlədən xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkil olunması istiqamətində aparılan məqsədyönlü işlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
AzVision.az
Teqlər: