`Böyük uğurlara nail ola bilmişik` - Anar Məmmədov

`Böyük uğurlara nail ola bilmişik` - Anar Məmmədov
  13 İyul 2015    Oxunub:3552
“Rəhbəri olduğum Azərbaycan Qolf Federasiyası ölkəmizdə qolfun populyarlaşdırılması, Azərbaycanın elit idman növünün mərkəzlərindən birinə çevrilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov deyib.

O, dünyanın ən böyük aviaşirkətlərindən olan Turkish Airlines şirkətinin, qolf üzrə ən böyük və baxımlı yarışlardan biri, 65 ölkədə keçirilən “Turkish Airlines World Golf Cup - Amateur Series”in növbəti mərhələsini Qubada, Azərbaycan Qolf Federasiyasının tərkibində olan Milli Qolf Klubunda keçirməsinə münasibət bildirib. Federasiya prezidenti bunun çox böyük uğur olduğunu vurğulayıb: “Mən fəxrlə qeyd etmək istəyirəm ki, sizlərin dəstəyiniz ilə artıq bu istiqamətdə böyük uğurlara nail ola bilmişik.

Belə ki, dünyanın ən böyük aviaşirkətlərindən biri olan “Turkish Airlines” şirkəti Azərbaycan Qolf Federasiyasına müraciət edərək, idman aləmində çox məşhur olan, qolf üzrə ən böyük və baxımlı yarışlardan biri, 65 ölkədə keçirilən “Turkish Airlines World Golf Cup - Amateur Series”in növbəti mərhələsini Qubada, Azərbaycan Qolf Federasiyasının tərkibində olan Milli Qolf Klubunda keçirmək istəyini ifadə edib.

Dünyanın 65 ölkəsində keçirilən bu yarışı hər il yüz minlərlə tamaşaçı izləyir, yarışda dünyanın tanınmış qolf ustaları çıxış edir. Belə bir yarışın Azərbaycanın səfalı bölgəsi olan Qubada keçirilməsi yerli turizmin inkişafına da böyük töhfəsini vermiş olur.

Bundan başqa, “Turkish Airlines” şirkətinin bu mötəbər yarışı Azərbaycanda, Qubada keçirmək istəyi buradakı 18 dəlikli Milli Qolf Klubunun dünyanın aparıcı qolf meydançalarından birinə çevrilməsindən də xəbər verir.

Ölkəmizdə belə yarışların keçirilməsi, xarici ölkələrdən usta qolfçuların Azərbaycanda öz məharətlərini göstərməsi həmçinin yerli qolfçularımızın inkişafında da böyük rol oynayır”.

Sonda isə A. məmmədov qeyd edib ki, “Turkish Airlines World Golf Cup - Amateur Series”və Azərbaycan Qolf Federasiyasının birgə layihəsi olan bu tədbir bundan sonra Azərbaycanda hər il keçiriləcək:“Mən əminəm ki, bu yarış qolfun Azərbaycanda daha geniş kütləyə yayılması, daha da populyarlaşması işinə xidmət edəcək”.

AzVision.az


Teqlər:



Xəbər lenti