İki günə Bakının rayonlarına su veriləcək

İki günə Bakının rayonlarına su veriləcək
  13 İyul 2015    Oxunub:2106
Yaxın iki gün ərzində Bakının Yasamal, Səbail və Binəqədi rayonlarında suyun verilməsi tam bərpa olunacaq.
Bu barədə AzVision.az -a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

İyulun 10-da Kür-Bakı magistral boru xəttində baş verən qəza ilə əlaqədar yuxarıda adıçəkilən rayonlarda su fasilələrlə verilir.

A.Cəbrayıllı qeyd edib ki, təmir işləri davam edir və problemin 95 faizi həll edilib: “İki gün ərzində suyun verilməsi tam bərpa olunacaq".

O həmçinin bildirib ki, şənbə axşamı paytaxtın Nəsimi rayonunda baş verən qəzanın nəticələri də aradan qaldırılıb.

AzVision.az




Teqlər:



Xəbər lenti